“Azərişıq” şirkətinin xalis mənfəəti kəskin azalıb - 4 DƏFƏYƏ YAXIN GERİLƏMƏ
1 milyard 619 milyon manat gəlirə qarşı, təxminən 15 milyon manat mənfəət götürüb. “Azərişıq” şirkətinin xərcləri artdığından xalis mənfəəti 4 dəfəyə yaxın azalıb.Dövlətə məxsus “Azərişıq” ASC 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərişıq” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3,8 dəfə azalıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azərişıq” ASC-nin satışdan gəlirləri 2022-ci ildə 1 milyard 540 milyon 473 min manat ikən, 2023-cü ildə 1 milyard 619 milyon 317 min manata yüksəlib (78 milyon 898 min manat və ya 5,1% artıb).
Ötən il “Azərişıq” ASC-nin gəlirlərinin artmasına baxmayaraq, bir çox xərclərinin - inzibati xərclərin, ticari debitor borcları üzrə dəyərsizləşmə bərpası (zərər) xərclərinin və sair xərclərin artması xalis mənfəətin azalması ilə nəticələnib.
2023-cü ildə “Azərişıq” ASC-nin 1 milyard 619 milyon 371 min manat satış gəlirinin 85,2%-ni və ya 1 milyard 379 milyon 874 min manatını satışın maya dəyəri təşkil edib. Şirkətin digər cəmi xərcləri isə 207 milyon 992 min manat olub. Ötən il “Azərişıq” 31 milyon 572 min manat əməliyyat mənfəətindən 16 milyon 844 min manat mənfəət vergisi ödəyib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
3 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
4 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
6 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
6 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
7 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir























