Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
Yenilənmiş smartfonların daha əlverişli şərtlərlə satışı başladı. Telefonlara “Nar” təminatı ilə 12 aylıq zəmanət verilir.Yenilənmiş elektron cihazların satışı sektorunun liderindən olan və bu sahədə etibarlı tərəfdaş nüfuzuna sahib “EasyCep” şirkəti Azərbaycanda özünün ilk mağazasını açmaqla qlobal miqyasda genişlənmədə növbəti mühüm addımını atıb.
Bakıda 28 May küçəsi 18 ünvanında yerləşən, müasir dizaynı ilə fərqlənən mağaza müştərilər üçün üstün və rahat xidmət təcrübəsini göstərməyə başlayıb.
Yeni açılmış mağazada “EasyCep” tərəfindən yenilənmiş smartfonların şəffaf qiymətləndirilməsi və alışı, ehtiyyac olduğu təqdirdə qlobal standartlara uyğun sertifikatlaşdırılmış yenilənməsi həyata keçiriləcək. Alıcılar isə mağazada yenilənmiş telefonları daha əlverişli şərtlərlə, eləcə də taksitlə almaq imkanına sahib olacaqlar.
Azərbaycanda mağazanın açılışı Türkiyədə bazar lideri olan “EasyCep Türkiye” şirkətinin qlobal miqyasda genişlənmək hədəfinə çatmasında yeni mərhələdir. Ötən il bu genişlənməyə hədəflənmiş şirkət ilk olaraq Qətərdə fəaliyyətə start verib. Növbəti mərhələsi isə Azərbaycan olub və “EasyCep Azərbaycan” şirkəti fəaliyyətə başlayıb.
“EasyCep Azərbaycan” şirkətinin Baş icraçı direktoru Seymur Cavadov Bakıda yeni mağazanın açılış tədbirində bildirib:
"Biz Azərbaycanda ilk mağazamızın açılışını elan etməkdən məmnunuq. Yenilənmiş telefonlar konsepsiyası Azərbaycan istehlakçıları üçün yeni olsa da, onların bu əlverişli imkandan istifadə edəcəyinə əminik. İnanırıq ki, müştərilərimiz zəmanət və çevik ödəniş imkanlarını yüksək qiymətləndirəcəklər. Yenilənmiş telefonların yeni istehsal edilmiş cihazlara nisbətdə az karbon emissiyaya sahib olmasını nəzərə alaraq müştərilərimiz ekoloji cəhətdən şüurlu seçim etməkdən məmnun olacaqlar. Biz hər kəsi təklif etdiyimiz əhəmiyyətli üstünlükləri kəşf etməyə dəvət edirik".
Smartfon yenilənməsi bazarında üstün xidmət təcrübəsi
Fəaliyyətində müştəriyönümlü yanaşmanı tətbiq edən “EasyCep Azərbaycan” şirkəti Bakıda yeni açılmış mağazasında ixtisaslı texniklər tərəfindən texniki ekspertiza, aksesuarı ilə birgə qablaşdırma, çevik ödəniş imkanları və yenilənmiş telefonlara “Nar” təminatı ilə 12 aylıq zəmanət verilir. Bu “EasyCep Türkiye” ilə “Nar” mobil operatoru arasında qurulmuş güclü tərəfdaşlıq sayəsində mümkündür.
Ölkəmizdə açılmış ilk mağazada artıq “EasyCep Azərbaycan” şirkəti müştərilərə yenilənmiş telefonların və digər elektron cihazların sürətli dəyərləndirilməsini, sərfəli qiymətə alışı və satışı xidmətlərini təqdim edir.
2018-ci ildə təsis edilmiş “EasyCep Türkiye” şirkəti “Turkcell”, “Trendyol”, “Amazon”, “Nar”, “Carrefour”, “Migros”, “Starlink” və “Ooredoo” kimi qlobal və yerli tərəfdaşlarla əməkdaşlıq edərək yenilənmiş istehlakçı elektronikası sənayesinin aparıcı oyunçusudur. Keyfiyyətli məhsulların geniş çeşidi ilə şirkət 150-dən çox mağazaya və 800-dən çox işçi sayına sahibdir və 4000 kvadratmetr sahəyə malik müəssisədə elektronikanın ciddi yenilənməsi prosesləri ilə fəxr edir.
Qeyd edək ki, qlobal təmir edilmiş smartfon bazarı 2023-cü ildə 76,45 milyard ABŞ dolları dəyərində qiymətləndirilib, 2032-ci ilə qədər isə bu rəqəmin 185,89 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Qərbi Avropa və Şimali Amerikada yenilənmiş telefonlar artıq ümumi smartfon bazarının 20%-ni təşkil edir.
Yenilənmiş telefonun ətraf mühitə təsiri minimaldır
Yenilənmiş telefonun alışı ətraf mühitə də müsbət təsir edir. Yeni telefonun istehsalı və ondan bir il istifadə təxminən 85 kiloqram karbon emissiyası yaradır ki, bunun da 95%-i istehsalda baş verir. Yenilənmiş telefondan istifadə isə bu emissiyaların qarşısını tamamilə alır. Bundan əlavə, təmir elektronikanın ömrünü uzadır və emissiyaları daha da azaldır. Məsələn, yenilənmiş bir iPhone 11 (Apple iPhone 11, 2019) markalı smartfonu satın alan alıcı sadəcə 15,7 kg CO₂ karbon izinə sahib olur. 72 kq CO₂ buraxan yeni cihazla müqayisədə bu 78% qənaət deməkdir. Bu həmçinin, ətraf mühitə müsbət təsir edən, tullantıları minimal səviyyəyə endirən dairəvi iqtisadiyyatın daha da inkişaf etməsinə töhfə verir.
“EasyCep Türkiye” şirkətindən bildirilib ki, yenilənmiş elektronikanın faydaları haqqında məlumatlılıq artdıqca, şirkət inkişaf etməkdə olan bazarlarda sürətli genişlənməni gözləyir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
11 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
11 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
12 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















