ABŞ-da ailələrin borcu 18 trilyon dollara yaxınlaşıb
ABŞ-da ailələrin borcu bu ilin birinci rübündə 1,1 faiz artaraq 17,69 trilyon dollara çatıbABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi tərəfindən hazırlanan 2024-cü ilin birinci rübü üzrə Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı dərc edilib.
Marja xəbər verir ki, amerikalıların ev təsərrüfatlarının ümumi borcu 2024-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 1,1% artaraq 17,69 trilyon dollara çatıb.
İlin ilk rübündə əvvəlki rüblə müqayisədə 184 milyard dollar artan ev təsərrüfatlarının borcu, illik müqayisədə 640 milyard dollar artıb.
Ən böyük borc ipoteka kreditləridir
Mənzil kreditləri amerikalıların borclarının ən yüksək hissəsini təşkil etməyə davam edir. Bu borc birinci rübdə 12,44 trilyon dollara yüksəlib.
İlin ilk rübündə əvvəlki rüblə müqayisədə 190 milyard dollar artan mənzil krediti borcu, illik müqayisədə 398 milyard dollar artıb.
Amerikalıların bu dövrdə ən çox borc götürdüyü digər öhdəliklər 1,61 trilyon dollarla avtomobil kreditləri, 1,59 trilyon dollarla tələbə kreditləri və 1,12 trilyon dollarlıq kredit kartları olub.
Sözügedən dövrdə kredit kartı borcları 14 milyard dollar, tələbə krediti borcları isə 6 milyard dollar azalıb. Eyni dövrdə avtomobil kreditlərindən yaranan borclar 9 milyard dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 d. əvvəl
- 33 d. əvvəl
-
57 d. əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
Ən çox oxunanlar
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)














.jpg)







