Bu halda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilməyəcək
Bu gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman ilə, “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası”nın 5.3.4-cü yarımbəndi ləğv edilib.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Fərman imzalayıb.
Belə ki, Qaydaların 5-ci bəndi faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi barədədir. Qeyd edilib ki, faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 iş günü qalanadək sahibkarın həmin kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkar arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır.
Bundan sonra, müqavilə üzrə ödənişlərinin icrası 90 gündən çox gecikən krediti restrukturizasiya olunduğu halda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilməyəcək. İndiyədək müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilirdi.
“Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2461 nömrəli Fərmanı ilə təsdiq edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
- 34 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















