“GemZA Holdinqin istehsalat, xidmət və logistika mərkəzinin rəsmi açılış mərasimi baş tutub
Ümumilikdə 105 nəfərdən çox əməkdaşın çalışdığı Gemza şirkəti mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidli ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsini istifadəyə verib.
GemZA Holdinq 2005-ci ildə, mühəndislik, təchizat və inşaat şirkəti olaraq qurulmuşdur. GemZA Xəzər regionu, Türkiyə və Orta Şərqdə xüsusi əhəmmiyyətə malik neft və qeyri neft sektorunda istifadə olunan avadanlıqların tədarükü təmiri və istehsalı ilə məşğul olur.
Şirkət yeni investisiya layihəsi ilə Azərbaycanda modern anbarların əlçatanlığını təmin etmək, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca anbar tutumu imkanlarını artırmağı planlayır.
3 iyun tarixində baş tutan açılış mərasimi dövlət qurumlarının rəsmi şəxsləri, o cümlədən, beynəlxalq və nüfuzlu şirkətlərin rəhbərlərinin, ümumilikdə 300 nəfərdən çox sektor iştirakçısının iştirakı ilə baş tutub.
Tədbirin rəsmi açılış nitqini Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) sədri cənab Orxan Məmmədov, Finlandiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen və GemZA Holdinqin rəhbəri cənab Zamin Əliyev ediblər. Natiqlərin hər biri öz növbəsində bu əlamətdar günə görə tədbir iştirakçılarına təbriklərini, xoş diləklərini və təşəkkürlərini dilə gətiriblər.
Məlumat üçün bildirək ki, GemZA Holdinq hal-hazırda 15 dən çox Avropa, Amerika, Azərbaycan, Post Sovet ölkələri və Türkiyə şirkətlərinin rəsmi nümayəndəsidir. Şirkət hal hazırda 15 dən çox avropa və amerika şirkətlərinin Azərbaycan, Post sovet ölkələri və Türkiyədə rəsmi nümayəndəsidir. Bu şirkətlər Chart-Howden, KSB, John Crane, Timken, BASF, Halder Topsoe, Leva, Aquaprox, Shinnippon, Mitsui, Kamat, Hoerbiger, Weg və Valmet kimi şirkətlərdir.
Açılış mərasimində şirkətlər millət vəkilləri Məzahir Əfəndiyev, Ceyhun Məmmədov, KOBİA sədri Orxan Məmmədov və digər qonaqların təqdimatında uğurlu əməkdaşlığa görə GEMZA Holdinq tərəfindən korporativ hədiyyə ilə təltif olundular.
Qeyd edək ki, holdinq həmçinin, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının “Xüsusi üzvü”-dür.
Ətraflı: gemza.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























