Azərbaycanda gömrük buraxılış məntəqələri ilə bağlı yeni layihələr hazırlanıb
Gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, infrastruktur imkanlarının daha da genişlənməsi və maddi-texniki təchizat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər planımız var.
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə deyib.
O, qeyd edib ki, ölkənin tranzit cəlbediciliyinin artırılması istiqamətində bir sıra gömrük-sərhəd buraxılış məntəqələrində rekonstruksiya və restavrasiya işlərinin aparılması nəzərdə tutulub:
“Komitə bütün gömrük-sərhəd buraxılış məntəqələrində yenidənqurma və bərpa işlərini dəstəkləyən bir sıra layihələri artıq hazırlayıb. Hazırda onların aidiyyəti dövlət orqanları ilə razılıq prosesi gedir. Bəzi layihələr demək olar ki, hazırdır. Zəngilan rayonu ərazisində yerləşən Ağbənd gömrük-keçid məntəqəsi ilə də bağlı proseslər hazırda razılaşdırılır. Komitənin gömrük-sərhəd buraxılış məntəqəsində tənzimləmə ilə bağlı standartları var. Bu standartlara uyğun olaraq layihəni hazırlayıb müvafiq prosedurlardan keçirməklə işləri davam etdiririk. Gömrük-sərhəd buraxılış məntəqələrinin hamısında yeni tendensiya olaraq daha çox buraxılış imkanlarının olmasını və sahəvi tənzimlənmənin qurulmasını nəzərdə tutumuşuq. Yeni layihələrimizi də müasir beynəlxalq standartlara uyğun qururuq. Beynəlxalq standartlarda təchizatla da bağlı normalar var. Bu normaları da nəzərə alırıq. Bunlar kompleks tədbirlərdir. Bütün bu tədbirlər yekunlaşdıqdan sonra, tikinti işləri həyata keçiriləcək. Artıq Xanoba gömrük-sərhəd buraxılış məntəqəsi istifadəyə verilib. İstəyirik ki, həmin tendensiyanı digər sərhəd-buraxılış məntəqələrində də həyata keçirək”.
O, bildirib ki, bu layihələrin hazırlanması zamanı Orta Dəhliz üzərində yerləşən gömrük-sərhəd buraxılış məntəqələrinin yenidənqurma işləri prioritet hesab edilir:
“Ələt də bu dəhliz üzərində yerləşir. Ələtin infrastruktur imkanı kifayət qədər böyükdür. Orda gömrük-sərhəd buraxılış məntəqəsi var. Ora ilə də bağlı müəyyən yeni layihələrimiz olacaq. Eynilə Qırmızı-Körpü sərhəd buraxılış məntəqəsində də müəyyən infrastruktur layihələrimiz olacaq. Ümumiyyətlə mövcud infrastrukturu daha səmərəli tənzimləməyə cavab verən, daha çox buraxılış qabiliyyəti olan və sahəvi tənzimləmənin həyata keçirildiyi şəkildə formalaşdırmaq istəyirik. Bununla bağlı çoxlu layihələrimiz var. Hazırda onlar müəyyən razılaşdırma prosesdurlarındadır”.
“Astarada modul tipli buraxılış məntəqəsi açılmışdı. Cənub-Astara gömrük postunun tikintisi ilə bağlı işlər həyata keçirilir. Onun layihəsi yekunlaşmaq üzrədir. Qırmızı-Körpü sərhəd-buraxılış məntəqəsinin yaxınlığında yerləşən “İpək yolu” - “Abreşumis Qza” gömrük postu layihəsi də var. O layihə ilə də bağlı mütəmadi Gürcüstan tərəfi ilə görüşürük. Layihənin texnoloji cəhətdən işə düşməsi ilə bağlı tələblər var. Çünki iki gömrük orqanı, yəni həm Gürcüstan, həm Azərbaycan gömrük orqanları eyni baxış altında işlər həyata keçirəcək. Ona görə də bu istiqamətdə gələcəkdə müəyyən işlərimiz olacaq”, - deyə C.Quluzadə əlavə edib.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























