Abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirə bilir
(®) Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya potensialı müzakirə olunub.
Tədbir iştirakçıları süni intellektin ən son tendensiyaları, tətbiqi və inkişaf perspektivlərini özündə əks etdirən təqdimatlarla tanış oldular, panel müzakirələri və interaktiv seminarlara qatılıblar.
Azercell-in Müştəri Xidmətləri və Omni-Kanal İdarəetmə departamentinin direktoru Səbinə Zamanova çıxışında süni intellektin telekommunikasiya sahəsində tətbiqi və xüsusilə də müştərilər ilə birbaşa ünsiyyətdə istifadə imkanlarını gündəmə gətirib.
S.Zamanova Azercell-in Azərbaycanın telekommunikasiya sahəsində bir ilkə imza ataraq süni intellekt əsasında istifadəyə vermiş “Aicell” Virtual Assistent xidmətihaqqında məlumat verib. Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell”in abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirmə xüsusiyyəti forum iştirakçılarının diqqətini çəkib. Belə ki, müştəri sorğularını operativ şəkildə emal edən Virtual Assistent daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq yeni texnologiyaların tətbiqi ilə müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
























