Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti artıb
Mərkəz 30 milyon manata yaxın gəlirdən 3,7 milyon manata yaxın xalis mənfəət götürüb.Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2023-cü ili 3 milyon 683 min manat xalis mənfəət ilə başa vurub. Mərkəz 2022-ci ili 2 milyon 266 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 417 min manat və ya 62,5% artıb. Xalis mənfəətin artması Bakı Sağlamlıq Mərkəzinin aldığı dotasiyanın artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 2022-ci ildə 25 milyon 682 min manat ikən, 2023-cü ildə 29 milyon 942 min manata yüksəlib (4 milyon 260 min manat və ya 16,6% artıb). O cümlədən, birja əməliyyatlarından gəlirlər (büdcədən dotasiya) 4 milyon 717 min manat və ya 28% artaraq 2022-ci ildəki 16 milyon 876 min manatdan 2023-cü ildə 21 milyon 595 min manat yüksəlib. Qeyri-birja əməliyyatlarından gəlirlər isə 119 min manat azalaraq 6 milyon 681 min manata düşüb.
Ötən il Mərkəzin cəmi xərcləri 2 milyon 842 min manat və ya 12,1% artaraq 26 milyon 258 min manat təşkil edib. Əgər Bakı Sağlamlıq Mərkəzi yuxarı təşkilatdan yardım almasa xərclərinin böyük hissəsini həyata keçirə bilməz.
Azərbaycanın iri tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























