SOCAR-ın gəliri azalıb, xalis mənfəəti 4,5 dəfə düşüb
SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Azərbaycanın iri şirkətinin xalis mənfəəti 7 milyard 351 milyon manat və ya 4,5 dəfə azalıb.
Marja.az xəbər verir ki, Şirkətin gəlirləri 2022-ci ildə 119 milyard 228 milyon manat ikən, 2023-cü ildə 85 milyard 201 milyon manata düşüb (34 milyard 27 milyon manat və ya 28,5% azalıb).
ŞİRKƏT KİÇİLİB
Ötən il SOCAR-ın cəmi aktivləri 8 milyard 869 milyon manat və ya 11% azalaraq 71 milyard 966 milyon manata düşüb. Şirkət 2022-ci ilin sonunda 80 milyard 835 milyon manat cəmi aktivlətə malik idi.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.
Şirkətin yaydığı məlumatda bildirilir ki, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72,0 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4% artımla 49,0 milyard manata, cəmi kapitalı 4,5% artaraq 34,8 milyard manata yüksəlib.
Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4% azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3% azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9% azalaraq 37,1 milyard manat təşkil edib.
Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
7 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
8 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq





















