Almaniyanın 2025-ci il üçün büdcəsi 481 milyard avro olacaq
Almaniyanın gələn il üçün büdcəsi 481 milyard avro təşkil edəcək ki, bunun da 57 milyard avrosu investisiyaya yönəldiləcək.
Marja xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner məlumat verib.
"2025-ci ildə biz 481 milyard avroluq büdcə planlaşdırırıq, bunun 57 milyard avrosu investisiyalar olacaq", -deyə Lindner özünün X (keçmiş Twitter) səhifəsində yazıb. Bununla belə, o qeyd edib ki, bu, artıq rekord səviyyə ilə müqayisədə daha bir əhəmiyyətli artımdır.
2025-ci ilin büdcə layihəsi təsdiq olunmaq üçün parlamentə təqdim olunacaq.
Öz növbəsində Almaniya kansleri Olaf Şolz bildirib ki, 2028-ci ildən ölkənin illik müdafiə büdcəsi 80 milyard avroya çatacaq.
Koalisiyanın hakim partiyaları arasında 2025-ci ilin büdcəsi ilə bağlı danışıqlar kifayət qədər çətindir. Əvvəlcə iyulun 3-dək razılaşdırılacağı nəzərdə tutulsa da, tərəflər arasında fikir ayrılığı yarandığından bu müddət iyulun 17-nə təxirə salınıb. Bundan əvvəl koalisiyaya daxil olan Azad Demokrat Partiyasının gənclər qanadı hətta sosial demokratların mövqeyi ilə razılaşmadığına görə hökuməti dəstəkləməyi dayandırmaqla hədələmişdi ki, bu da medianın yazdığı kimi hökumət böhranına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







