Daha 10 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİDƏN AZADDIRLAR
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd "Pacco onlayn ticarət" MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, "MRP" MMC-nin müştəri rəyləri platforması, "Renter" MMC-nin onlayn icarə platforması, "Kodlasan" MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, "AREA Engineering" MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, "Etik Teknoloji Baku" MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, "SOS Avto" MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiq, "BYQR" MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, "Tezfinance Tech" MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihələri üçün təqdim edilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
15 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 40 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























