Azərbaycan pul nişanlarını yeniləyəcək - VƏTƏNDAŞLAR ÖZ TƏKLİFLƏRİNİ EDƏ BİLƏRLƏR
Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək üçün ictimai sorğu keçirir.
Bankın yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank bu sorğu vasitəsilə milli dəyərlərimizi, tarixi və mədəni irsimizi özündə daşıyan pul nişanlarının yenilənməsini həyata keçirməklə yanaşı, həm də onların müasir milli priroritetlərə və çağırışlara uyğunluğunu təmin etməyi hədəfləyir.
Onlayn surətdə keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini Mərkəzi Bank ilə bölüşmək imkanı əldə edir. Mövzular üzrə təkliflərin ölkəmizin gələcəyə baxışını, tarixini və strateji hədəflərini cəmləyərək milli mənsubiyyətimizi əks etdirəcəyi gözlənilir.
Qeyd edilib ki, beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.
Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib.
Xatırladılıb ki, Azərbaycanın hazırda tədavüldə olan milli pul nişanları – Manat ”Müstəqil Azərbaycan” konsepsiya mövzusuna həsr olunmaqla 2006-cı ildə dövriyyəyə buraxılıb. Bu konsepsiya çərçivəsində pul nişanlarımızın hər bir nominalı ayrı-ayrılıqda alt mövzulara həsr edilib. 2018-ci ildə isə Mərkəzi Bank tərəfindən “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində 200 manat nominallı kağız pul nişanı tədavülə buraxılıb.
Beləliklə, yeni nəsil milli pul nişanlarının konsepsiyası mövzusuna dair sorğuda iştirak etmək üçün link vasitəsilə anketi yükləmək, müvafiq məlumatları qeyd etdikdən sonra yekun anketi cari ilin oktyabr ayının 1-dək [email protected] e-mail ünvanına göndərmək tələb olunur.
"Vətəndaşları bu sorğuda iştirak edərək təkliflərini Mərkəzi Bank ilə bölüşməyə, bununla da tarixi və mədəni irsimizin təbliğinə töhfə verməyə dəvət edirik", -məlumaytda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























