Zəhmətli olsa da, gəlirlidir
Saatlıda küncüt yığımına başlanılıb.
Saatlının Əhmədbəyli kəndindən olan İmanovlar ailəsi 10 ildən çoxdur küncüt bitkisinin əkini ilə məşğuldur. Bu il təkrar əkin kimi 4 hektar sahədə küncüt becərilib. Hazırda küncüt kolları kökündən çıxarılır və sahədə quruması üçün toplanılır.
Ailə başçısı Əfqan İmanov bildirir ki, küncüt əsasən arpa və buğda biçildikdən sonra əkilir.
“Küncüt bitkisinin bir neçə növü var, bizim becərdiyimiz qəhvəyi küncüt sayılır. Arpa tez biçildiyi üçün onun yerinə küncüt əkiləndə daha yaxşı məhsuldarlıq olur. Buğda sahələri isə nisbətən gec biçilir. Ona görə də, onun yerinə küncüt əkiləndə məhsuldarlıq aşağı düşür. Bunu nəzərə alaraq çalışırıq ki, küncütü əsasən arpa sahəsində becərək. Bu bitki əkin və yığım vaxtı daha çox zəhmət tələb edir. Səpin aparmaq üçün texnikamız var, işlərimizi yüngülləşdirir, lakin yığım üçün texnika olmadığına görə əllə yığılır”, - deyə o əlavə edib.
Küncütün yığımı diqqət tələb edir. Çünki bitkinin toxumları kisəciklərdə olur, yığım gecikəndə quruduğu üçün toxumlar itkiyə gedir. Ona görə də kisəciklər qurumadan kollar kökündən çıxarılır, günəş altında 10 gün qaldıqdan sonra toxumlar yığılır.
Ailə təsərrüfatı hər il küncütdən hektara 500-700 kiloqram məhsul götürürdüsə, bu il ziyanverici həşəratların çoxalması səbəbindən məhsuldarlıq aşağı düşüb. Ona görə də hektara 300-400 kiloqram küncüt götürülməsi planlaşdırılır.
Şahmurad da sahədə atasına küncüt becərilməsində kömək edir. Deyir ki, bu sahə zəhmətli olsa da, çox gəlirlidir.
O, yerli küncüt istehsalını artırmaq üçün bu bitkinin əkilib-becərilməsi və yığılmasında istifadə edilən texnikaların olmasını vacib sayır. “Əgər bu texnikalar olarsa, əkin sahələri də genişlənər”, - deyə Şahmurad bildirir.
Küncüt bitkisi yaxın 15 gündə tamamilə sahələrdən toplanılacaq və məhsul əsasən daxili bazara çıxarılacaq.
Qeyd edək ki, küncütün tərkibində güclü antioksidant olan “sezamin” maddəsi var. Bu maddə xərçəngin profilaktikasında effektlidir. Toxumların tərkibindəki yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarkt riskini azaldır. Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də faydalıdır. Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidanlar sayəsində orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafına mane olur.
Həmçinin küncüt bitkisi heyvandarlıq üçün də əlverişli hesab olunur. Mütəxəssislər bu sahəyə önəm verməyi vacib hesab edirlər. Hektara 1-1,5 kiloqram toxum səpməklə 2-2,5 ton məhsul götürmək mümkündür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
18 d. əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
33 d. əvvəl
Tramp: İranla danışıqlar “son dərəcə yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
1 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “son dərəcə yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Martın 29-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı






















