Açıq məkanda yerləşdirilən reklamlara birgə nəzarət olacaq - Memorandum imzalandı
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb. Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir.Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb.
Sənədlərin imzalanmasından əvvəl hər iki Agentliyin rəhbərləri arasında görüş keçirilib.
Əqli Mülkiyyət Agentliyinin yaranması və fəaliyyətə başlaması ilə bağlı ətraflı məlumat verən K.İmanov əqli mülkiyyətin biliklərə əsaslanan fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb və hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini vurğulayıb. O, Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin bir çox məqamlarda fəaliyyətlərin kəsişdiyini, bu səbəbdən hər iki dövlət qurumunun qarşılıqlı əməkdaşlığının ümumi işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.
Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi və bu sahədə həyata keçirdikləri tədbirlərdən danışıb. O, problemlərin həlli istiqamətində bütün səylərin birləşdirilərək qanunvericiliyin tələblərinə uyğun gördükləri işlər barədə məlumat verib.
Sonra Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu agentliklərin İdarə Heyətlərinin sədrləri Kamran İmanov və Fərhad Adıgözəlov imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir.
Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi həyata keçiriləcək, bu sahədə maarifləndirmə işləri aparılacaq.
Eyni zamanda qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq. Müştərək fəaliyyət nəticəsində reklam subyektləri ilə görüşlərin təşkili, o cümlədən reklam sahəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























