“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir
“Nar Home” TV xidməti “12 ayı ödəyənə 2 ay hədiyyə!” və “6 ayı ödə, 7 ay izlə! sərfəli kampaniyalarını təklif edir.
Bu kampaniyalar sayəsində mövcud B&BTV istifadəçiləri, “Nar Home” TV xidmətinin isə həm mövcud, həm də yeni abunəçiləri xidmətdən pulsuz yararlanmaq şansı əldə edirlər.
Şərtlər çox sadədir:
“12 ayı ödəyənə 2 ay hədiyyə!” kampaniyasına qoşulmaq üçün öncədən 12 aylıq ödəniş edərək 2 aylıq pulsuz TV xidməti əldə etmək, “6 ayı ödə, 7 ay izlə! kampaniyasından yararlanmaq üçün isə öncədən 6 aylıq ödəniş edərək 1 aylıq pulsuz TV xidməti qazanmaq olar.
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaqla və ya nar.az internet səhifəsinə daxil olmaqla əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 6 d. əvvəl
- 17 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
53 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış

























