Bu ilin sonuna qədər Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
Bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin yük axınlarının kütləviləşməsi, səmərəliliyinin və raqbətqabiləyyətinin artırılması məqsədilə tərəfdaşları ilə birlikdə konteyner daşımalarına, dəhliz boyu blok qatarlarının buraxılmasına prioritet verməyə başlayıb: "Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə nəql edilməsinə dair razılıq əldə edilib. İlk olaraq, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb. Orta hesabla, blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır və bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir".
O qeyd edib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və tərsinə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır: "Ümumilikdə, son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarında illik təxminən 5 %-lik artım qeydə alınır və bu artımın davam edəcəyi proqnozlaşdırılır. Müxtəlif hesablamalara görə, illik dəyəri 300 milyard ABŞ dollarına yaxınlaşan qlobal dəmir yolu ilə yük daşımaları bazarının ildən-ilə böyüyəcəyi gözlənilir. Müxtəlif araşdırma qruplarının ən optimistik proqnoz modellərində dəmir yolu ilə yük daşıma trafikinin, yəni ton-kilometr dövriyyəsinin 2025-ci ilədək 12 trilyon ton-kilometrədək, 2050-ci ilədək isə 28 trilyon ton-kilometrədək artacağı bildirilib".
© Reprot
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
9 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
10 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
10 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























