Şamaxıya da turist axını başlayıb
Cari ildə Şamaxıya 84 min 892 nəfər turist gəlib və onlardan 24 min 605-i xarici turistlərdir. Bölgəyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artıb.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, turistləri təkcə Şamaxının gözəl təbiəti, zəngin flora və faunası deyil, bu qədim yaşayış məskəninin tarix və mədəniyyət abidələri də cəlb edir.
Belə ki, 743-cü ilə aid Cümə məscidi, orta əsrlərdə tikilən Gülüstan qalası və digər onlarla tarix və memarlıq abidələri, habelə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası turistlərin böyük maraq göstərdikləri yerlərdir. Hazırda Şamaxıda 5 turizm marşrutu var ki, bunlar öz zənginliyi ilə cəlbedicidir.
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafına göstərilən dövlət qayğısı Şamaxı bölgəsində də müsbət nəticələrini verməkdədir. Bu gün bölgədə 1022 yerlik 22 istirahət mərkəzi və 3 beşulduzlu otel fəaliyyət göstərir. Rayonun Avaxıl kəndi ərazisində yeni istifadəyə verilən “Montano” istirahət mərkəzində turistlər üçün hər cür şərait yaradılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























