Bakı metrosuna daha 2 yeni qatar gətirilib
“81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb.
Marja xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, yaxın 3 il ərzində Bakı metropolitenində 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü il ərzində Bakıya gətirilməlidir. “81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb.
Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub texnologiyalar əsasında istehsal olunacaq. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.
Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirilməsi Bakı metropoliteninin “Xocəsən” elektrik deposunda başa çatdırılacaq. “Bakı Metropoliteni” QSC yeni qatarların sifarişi məqsədilə dünyada olan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesi zamanı onların vaqonlarda tətbiqinə diqqət edir.
Bundan savayı, Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi, paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texniki şərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsi üçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasında Avropanın bu sahədə qabaqcıl müəssisələri ilə 9 müqavilə imzalanaraq, avdanlıq və hissələr alınaraq Bakıya gətirilib. Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar, akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlər Almaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya, avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalar Niderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı, dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları, mühərrik kompressorları və s. ilə təchizat məsələləri də komplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib.
Avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi, ultrabənövşəyi lampalarla vaqon salonunda havanın zərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artıran tambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardan biridir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi, sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.
Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər mövcuddur. Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir.
Ümumilikdə, “81-765 Б/766 Б” seriyasından olan yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
Bir qatarın komplektləşdirilməsi başa çatdırılaraq, sazlama işləri üçün “Nərimanov” elektrik deposuna göndərilib. Bundan savayı, daha iki qatar tərkibi də “Xocəsən” elektrik deposuna çatdırılıb. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar tərkibi də ölkəmizə çatdırılacaq. Bütün qatarların yığılaraq komplektləşdirilməsi başa çatdırıldıqdan sonra, normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunaraq xətlərə buraxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
7 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
9 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
9 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














