ABŞ-da liman işçilərinin tətili müvəqqəti razılaşma ilə başa çatıb
ABŞ-ın şərq və cənubundakı limanlarda çalışan işçilərin tətili üçüncü gündə, həmkarlar ittifaqı ilə işəgötürənlərin əməkhaqqı ilə bağlı müvəqqəti razılığa gəlməsi ilə başa çatıb.Ölkənin şərq tərəfindəki limanlarda çalışan təxminən 45 min işçini təmsil edən Beynəlxalq Liman İşçiləri Assosiasiyası (ILA) və işəgötürənləri təmsil edən Amerika Birləşmiş Ştatları Dəniz Alyansı (USMX) tərəfindən paylaşılan birgə bəyanatda, əməkhaqqı ilə bağlı müvəqqəti razılaşma əldə edildiyi bildirilib.
Marja xəbər verir ki, açıqlamada, tərəflərin, həll olunmamış məsələləri müzakirə etmək üçün danışıqlar masasına qayıtmaq üçün mövcud müqaviləni 2025-ci il yanvarın 15-nə qədər uzatmağa razılaşdıqları qeyd edilib. Yeni müqavilə üçün işlərə yenidən başlanacağı bildirilib.
ABŞ mətbuatında çıxan xəbərlərdə müvəqqəti razılaşmanın6 il ərzində təxminən 61,5% maaş artımını nəzərdə tutduğu qeyd edilib.
ABŞ prezidenti Co Bayden mövzu ilə bağlı yazılı açıqlamasında, ILA və USMX-ni ölkənin şərq və cənubundakı limanlarda əməliyyatları yenidən başlatmaq üçün razılaşdıqlarına görə təbrik edib.
ABŞ-ın şərq və cənubundakı limanlarda işləyən işçilər əməkhaqqının artırılması və avtomatlaşdırma ilə bağlı işəgötürənlər ilə fikir ayrılığına görə çərşənbə axşamı günü tətilə başlamışdılar.
İşçilər 6 illik müddətdə maaşların 77 faiz artırılmasını tələb edərkən, mübahisəni həll etmək üçün Bayden administrasiyasının rəsmiləri tərəfindən təzyiqə məruz qalan işəgötürənlər bu nisbəti 50 faiz səviyyəsində olmasını israr edirdilər.
1977-ci ildən bəri ilk dəfə birliyin təşəbbüsü ilə başlayan və onlarla ştatda 36 limanda keçirilən tətil daşımalara mənfi təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)

