Unibankın “Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olunub
(®) “Unibank”ın “Əjdaha” lotereyasının ikinci tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Tirajın əsas hədiyyələri olan 2 ədəd Toyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib, pul uduşları isə qaliblərin Unibank kartlarına köçürülüb.
Xatırladaq ki, ikinci tirajın 252 qalibi Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib.
“Əjdaha” lotereyasının ikinci tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
Lotereya iPhone 15 Pro qazanan Elxan Abbasovun həyatında bu ilk hadisədir: “İndiyədək neçə lotereyada iştirak etsəm də, heç nə udmamışdım. “Əjdaha” lotereyada qalib gələcəyimə inanmasam da, hər dəfə alış-verişlərimi Unibank kartımla edirdim. Fikirləşirdim ki lap udmasam da belə, heç nə itirmirəm. Onsuz da evə bazarlıq etməliyəm, kartla ödəniş etməliyəm. Unbank mənə bir ilk yaşatdı”.
Daha bir iPhone 5 Pro qalibi Rafiq Tağızadə 4 ildir Unibank müştərisidir: ”Lotereya başayandan bütün ödənişlərimi Unibank kartıyla edirdim və inanırdım ki, qaliblər siyahısında olacam. İkinci tirajda telefon udmuşam, bundan sonra şanslarımı bir qədər artıracam ki digər hədiyyələrdən də qazanım”.
Aqşin İsayev də ikinci tirajın 10 nəfər iPhone 5 Pro qalibərindən biridir: “Uzun illərdir ödənişlərimi demək olar ki Unibank kartı ilə edirəm. Bu gün burda yığışan lotereya qalibləri, lotereyda qazanan yüzlərlə insan “Unibank”ın necə bir şəffaf bank olduğunun, insanlara necə sevinc bəxş etdiyinin göstəricisidir. Unibank insanları sevindirməyi gözəl bacarır”.
İkinci tirajda oynanılan iki Toyota Corolla Cross avtomobilindən birinin qalibi olan İlkin Rəfiyev 10 ildən çoxdur Unibank müştərisidir: “Bu müddətdə hər zaman bankın məhsul və xidmətlərindən razı qalmışam. Lotereyadan xəbər tutatanda şəffaflığına inanırdım, amma özümün şansına inanmırdım. Şadam ki “Unibank”ın sevindirdiyi yüzlərlə qalib siyahısında mən də varam”.
Bu tirajda Toyota Corolla Cross avtomobilinin daha bir qalibi Orxan Cəfərov lotereyadan məlumatlı olduğundan alış-verişlərini daim Unibank kartı ilə edib: “Çalışırdım bütün ödənişlərimi UCard-la edim ki, şansım daha çox olsun. Düzdür, hədəfim mənzil idi. Amma avtomobil qazandığımı eşidəndə çox sevindim. Belə gözəl hədiyyələri olan və çox şəffaf şəkildə keçirilən lotereya üçün “Unibank”a minnətdaram”.
Lotereyanın üçüncü tirajının qalibləri oktyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq sentyabrın 21-dən oktyabrın 20-dək Unibank bank kartları ilə etdiyiniz ödənişlər sizə 3-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
Üçüncü tiraj müddətində bütün yanacaqdoldurma məntəqələrində, Bravo-da, Bolt Food-da Unibank kartıyla etdiyiniz hər 10 manatlıq ödəniş 3 şans qazandırır. Eləcə də xaricdə və xarici saytlarda edilən hər 10 manatlıq ödəniş də 1 deyil 3 şans gətirir. Bu tiraj boyu “Unibank”ın mobil tətbiqi olan UBank vasitəsilə etdiyiniz bir sıra ödənişlər zamanı da hər 10 manat 3 şans qazandıracaq.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az ) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
2 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















