“Caspian Equipment Company” şirkətinin səhmləri ticarətə buraxılır - TARİX
22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Caspian Equipment Company” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Abunə yazılışı 22 oktyabr tarixindən başlayaraq 3 iş günü ərzində davam edərək 24 oktyabr tarixində yekunlaşacaq və yerləşdirmə 25 oktyabr tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Caspian Equipment Company” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001021455
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 100 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 100 000 manat
Ticarətə buraxılma tarixi: 25.10.2024
Anderrayter: “CPM-İnvest İ.Ş” ASC
Xəbər verdiyimiz kimi, avtomobillər və ağır texnika üçün müxtəlif markalı mühərrik və sürtgü yağlarının, akkumulyatorların, şinlərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC-nin nizamnamə kapitalı 100 min manat artırılır. Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa “Caspian Equipment Company”nin nizamnamə kapitalı 2 dəfə araraq 100 min manatdan 200 min manata yüksələcəkdir.
“Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.
"Caspian Equipment Company” ASC 2022-ci ildə 15 milyon 455 min manat, 2023-cü ildə 19 milyon 480 min manat, 2024-cü ilin ilk altı aylıq dövründə isə 6 milyon 832 min manat gəlir əldə edib. "Caspian Equipment Company” ASC 2021-ci ildə 469 min 393 manat, 2022-ci ildə 371 min 286 manat, 2023-cü ildə 696 min 910 manat, 2024-cü il birinci yarımil üzrə 663 min 585 manat xalis mənfəət əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 36 d. sonra
-
14 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 15 d. əvvəl
-
-
22 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
28 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
40 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 44 d. əvvəl
-
59 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























