Qlobal bazarlarda son vəiyyət - GÜNƏ BAXIŞ
Ötən gün ərzində dollar major valyutalar qarşısında ucuzlaşsa da, gün sonuna doğru öz mövqelərindən bir qədər bərpa edə bildi. USDJPY valyuta cütlüyü Yaponiyada həftəsonu baş tutan seçkilər fonunda 3 ayın maksimum həddinə qədər qalxdı. Qızılın qiyməti bir neçə gün qabaq təyin edilən yeni tarixi rekordu təkrarladı. Neftin qiyməti isə oktyabr ayının əvvəlindən bəri ən aşağı səviyyəyə enib.
Yaponiyanın hakim koalisiyasının həftəsonu keçirilən seçkilərdə parlament çoxluğunu itirməsinin gələcək faiz dərəcəsi artımlarını daha da yavaşlatacağına dair proqnozlar fonunda yen bazar ertəsi üç aylıq minimuma endi. Eyni zamanda, dollar indeksi zəifləyir, lakin, 2022-ci ilin aprelindən bəri ən yaxşı aylıq nəticəni göstərə bilər.
Oktyabrın əvvəlindən bəri Yapon yeni 6.4% dəyər itirib ki, bu da G10-un digər valyutalarından çoxdur. Ekspertlərin fikrincə, seçkilər nəticəsində formalaşacaq Nazirlər Kabineti faiz artımını həyata keçirmək üçün çox güman ki, kifayət qədər siyasi nüfuza malik olmayacaq. Qeyd etmək lazımdır ki, Yaponiya Bankı bu həftə iclas keçirəcək.
Dünən 2737$ səviyyəsinə qədər ucuzlaşan qızıl, bugün səhər bir daha 2757$ tarixi rekord həddə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 1 oktyabr tarixindən bəri ilk dəfə bir barrel üçün 71.4$ səviyyəsinə qədər ucuzlaşıb.
Bugün ABŞ-da dərc olunacaq “CB” İstehlakçıların İnam İndeksi və ölkənin əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın Ticarət Saldosu dərc olunacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























