10 ayda 27 sahibkarlıq subyektinə rezident statusu verilib
2024-cü ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiyanın yatırılması, 2600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, tamet daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatların, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd edilib ki, indiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 7,82 milyard manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























