“Gazelli Group" nəhəng elektron ticarət portalı ilə ilk sifarişini alıb
Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib. Portalın beynəlxalq internet ticarəti mərkəzi olan "All.biz"lə əməkdaşlığı artıq öz töhfəsini verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti nəhəng elektron ticarət portalı vasitəsilə ilk sifarişini alıb. Sifariş Rusiyadan gəlib. Belə ki, "Gazelli Group" şirkətinin "Buta" brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlar üçün də əlçatan olacaq.
“Sifariş Rusiyadan gəlib. Bir sözlə Buta brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlarının da saçlarına qulluq edəcək”,- "Gazelli Group"dan bildirilib.
Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























