ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
Azərbaycan dəmiryol şəbəkəsinin 63%-i elektrikləşdirilibBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 20 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkilatçılığı ilə “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçirilib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın lider rolu və dayanıqlı nəqliyyatın təmin edilməsi, xüsusilə dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasına verdiyi həlledici töhfəyə həsr olunub.
Tədbirin əsas müzakirə mövzuları Azərbaycanın tranzit qovşağı olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılmasında aktiv fəaliyyəti, dəmir yolları nümunəsində nəqliyyatda dekarbonizasiya səyləri, ADY-nin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində artan rolu olub.
ADY sədri Rövşən Rüstəmov tədbirdə “Azərbaycanın regional və qlobal iqlim məqsədlərinə nail olunmasında Azərbaycanın rolu: Ölkənin nəqliyyat strategiyasında dəmir yollarının rolu” mövzusunda çıxış edərək Azərbaycan Dəmir Yollarının qlobal iqlim çağırışlarına uyğun olaraq 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olması, beynəlxalq GRI və SASB standartları əsasında ADY-də müvafiq diaqnostikanın aparılması və bu diaqnostikanın nəticəsi olaraq ilk dəfə “Dayanıqlılıq hesabatı”nın hazırlanaraq ictimaiyyətə təqdim olunması barədə məlumat verib.
Rövşən Rüstəmov qeyd edib ki, son iki ildə ADY karbon emissiyasının azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edib, Azərbaycan dəmiryol şəbəkəsinin 63%-i elektrikləşdirilib və bərpa olunan enerjinin potensialından geniş istifadə edilib. 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
ADY sədri bildirib ki, COP29-da əsas gözləntilərdən biri dayanıqlılıq təşəbbüslərinin maliyyələşdirilməsidir. Bu məsələ həmçinin Azərbaycan Dəmir Yollarının gündəliyində yer alıb. ADY-nin 2030-cu ilə qədər Strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb. Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir.
Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpa olunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.
Daha sonra sual-cavab formatında panel müzakirələri təşkil olunub, nəqliyyat ekspertləri və media nümayəndələri adıçəkilən qurumların rəhbərlərinə beynəlxalq dəhlizlərin inkişafı, rəqəmsallaşma, yükdaşımalarda aşağı karbon göstəricilərinə nail olunması üçün gələcək hədəflər barədə suallar ünvanlayıb və bu istiqamətlərdə səmərəli müzakirələr aparılıb.
Sonda ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























