Banklar arasında milli valyutada 94,4 milyard manatlıq 3365 əqd bağlanıb
11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 94,4 mlrd. manat məbləğində 3365 əqd bağlanmışdır. Bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olmuşdur."2024-cü ildə pul siyasətinə dair qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi və risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ilk 3 iclasında uçot dərəcəsinin 8%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8,25%-ə, dəhlizin aşağı həddinin isə 6,5%-dən 6,25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilmişdir. Son 5 iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmışdır. Edilən dəyişikliklər mərkəzi uçot dərəcəsi olan simmetrik dəhlizin formalaşmasına gətirib çıxarmışdır".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qeyd edilib ki, 2024-cü il ərzində pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilmişdir. Pul siyasəti hədəflərinə nail olmaq üçün açıq bazar əməliyyatları, daimi imkan alətləri və məcburi ehtiyatlardan istifadə olunmuşdur. Açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar davam etdirilmişdir. Açıq bazar əməliyyatları üzrə kəmiyyət parametrlərinə dair qərarlar likvidliyin monitorinqi və proqnozlaşdırılması əsasında verilmişdir. Profisitli dövlət büdcəsi şəraitində hökumət hesablarının dəyişiminin bank sistemindəki likvidliyə azaldıcı təsirlərini nəzərə alaraq Mərkəzi Bank sterilizasiya əməliyyatlarının həcmini azaltmışdır. Noyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 300 mln. manat təşkil etmişdir ki, bu da 2023-cü ilin sonunda olan portfelin həcmi (1320 mln. manat) ilə müqayisədə 4.4 dəfə azdır. Məcburi ehtiyat normalarında hesabat dövründə dəyişiklik edilməmişdir. Bununla belə ötən ilin sonlarından tətbiqinə başlanılan yeni differensiallaşdırma meyarları ilə bağlı anlayışların izahları, onların hesablanması ilə bağlı müvafiq qaydalarda dəqiqləşmələr aparılmışdır.
Monetar əməliyyatlar banklar tərəfindən likvidliyin effektiv idarə olunmasına, banklararası bazarda aktivliyə və gəlirlilik əyrisinin formalaşmasına müsbət təsir etmişdir. Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik müşahidə olunmuşdur. 11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 94,4 mlrd. manat məbləğində 3365 əqd bağlanmışdır. Bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olmuşdur. Bu dövrdə banklararası REPO bazarında 10,3 mlrd. manat həcmində 630 əqd bağlanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Blumberq platformasında bağlanılan əməliyyatların həcmi 3,4 dəfə, banklararası REPO bazarındakı əməliyyatların həcmi isə 2,3 dəfə artmışdır.
Təminatsız pul bazarında faizlər dövr ərzində faiz dəhlizinin dəyişiminə reaksiya vermiş, orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmışdır. 2024-cü ilin noyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,66% təşkil etmişdir. Qeyd edək ki, hesabat dövründə banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülmüşdür.
Təhlillər göstərir ki, pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyü tədricən yaxşılaşmaqdadır. Belə ki, banklararası faizlərlə bəzi depozit növləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Eyni zamanda banklararası pul bazarındakı faizlər müxtəlif müddətli qiymətli kağızların da gəlirliliyinə təsir edir.
2024-cü ilin 11 ayında manatla pul bazası 1,4%, manatla geniş pul kütləsi (M2) isə 2,1% azalmışdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də hökumət hesabları qalıqlarının dəyişimi pul təklifinə təsir edən mühüm amillərdən biri olmuşdur. Dövr ərzində Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının həcminin azaldılması pul təklifinə artırıcı təsir etmişdir.
2024-cü ildə Mərkəzi Bankda təhlil və proqnozlaşdırma işinin təkmilləşdirilməsi davam etdirilmiş, model çantası genişləndirilmiş, əvvəlki illərlə müqayisədə daha çox tədqiqat işi yerinə yetirilmişdir. Pul siyasətinin transmissiya kanallarının tədqiqi genişləndirilmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















