"Əməkhaqqı artımından 700 mindən artıq vətəndaş yararlanacaq"
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.
Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq:
“Onlardan 400 mini dövlət sektoru, 300 mini isə özəl sektorda fəaliyyət göstərən şəxslərdir. Azərbaycanda minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir”.
O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır və bu, 14 % artım deməkdir:
“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək”.
Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:
“Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”.
H.Məmişov həmçinin deyib ki, tələbələrə dövlət dəstəyinin olması da daim diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.
© "Report"
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























