Bu dövlət müəssisəsi 6 milyon 150 min manata özəlləşdirildi
2025-ci ilin ilk hərracı keçirilib. Hərracda 6.150.000 manata "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyət özəlləşdirilib. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub.
Marja.az Xidmətə istinadən xəbər verir ki, hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə, 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən müəssisə "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 6 milyon 150 min manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6.750 manat olan “Sobol” markalı avtomobil 10.000 manata, 11.250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb.
İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























