Ötən il dövriyyəsi 27 milyard manata yaxın olub
2024-cü ildə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin cəmi dövriyyəsi 27 milyard manata yaxın olub.
Marja.az Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, ötən il "PAŞA Kapital"ın cəmi əməliyyatların həcmi 26 milyard 834 milyon 695 min manat, əməliyyatların sayı 6966 təşkil edib. Şirkət İnvestisiya şirkətlərinin renkinqdə 2-ci yeri tutub.
2023-cü ildə Şirkətin cəmi dövriyyəsi 20 milyard 417 milyon 154 min manat, əməliyyatların sayı 6571 təşkil etmişdi. Beləliklə, 2023-cü illə müqayisədə 2024-cü ildə "PAŞA Kapital"ın cəmi dövriyyəsi 6 milyard 417 milyon 541 min manat 31,4% artıb.
Ötən il "PAŞA Kapital" repo üzrə 17 milyard 331 milyon 633 min manatlıq, dövlət istiqrazları üzrə 6 milyard 845 milyon 107 min manatlıq, korporativ istiqrazlar üzrə 1 milyard 293 milyon 809 min manatlıq, Mərkəzi Bankın qiymətli kağızları üzrə 1 milyard 361 milyon 245 min manatlıq, səhmlər üzrə 2 milyon 901 min manatlıq əməliyyat həyata keçirib.
2023-cü ildə "PAŞA Kapital" repo üzrə 12 milyard 408 milyon 479 min manatlıq, dövlət istiqrazları üzrə 5 milyard 397 milyon 171 min manatlıq, Mərkəzi Bankın qiymətli kağızları üzrə 2 milyard 211 milyon 776 min manatlıq, korporativ istiqrazlar üzrə 397 milyon 287 min manatlıq, səhmlər üzrə 2 milyon 440 min manatlıq əməliyyat həyata keçirmişdi. Bütün bazarda olduğu kimi, Şirkətin dövriyyəsinin artmasına repo və dövlət istiqrazları üzrə əməliyyatların həcminin artması səbəb olub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























