Dünya bazarında dollar 2022-ci ilin noyabrından bəri ən yüksək həddinə çatıb
Dollar İndeksi (DXY) 10 Noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi keçib.
Marja xəbər verir ki, bu gün indeks 0,48% artımla 110,176 bəndi görüb.
Cümə günü, yanvarın 10-da ABŞ-ın güclü məşğulluq məlumatları dərc edildikdən sonra ABŞ valyutası dəyər qazanmağa davam edib və bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini azaltması perspektivlərini pisləşdirib. ABŞ bazarları indi 2025-ci ildə yalnız bir faiz endiriminə qiymət verir.
Dollar bir neçə valyuta qarşısında yeni zirvələrə çatıb Xüsusilə, bazar ertəsi dollar bir avroya görə 1,0208 dollar və ingilis funt sterlinqinə görə 1,2123 dollar olmaqla iki ilin ən yüksək səviyyəsinə qalxıb.
Qeyd edildiyi kimi, Amerika valyutasının möhkəmlənməsinə səbəb dekabr ayında ABŞ-ın məşğulluq məlumatlarını dərc etməsi olub. Ölkədə 256 min yeni iş yeri yaradılıb ki, bu da analitiklərin konsensus gözləntilərini üstələyib.
ABŞ-dan gələn məlumatlar fonunda Avstraliyanın S&P/ASX 200 indeksi 1,2%, Hindistanın Sensex indeksi 1,1%, Cənubi Koreyanın Kospi indeksi 1%, Honq Konq Hang Senq isə 1% ucuzlaşıb.
“Financial Times” Asiya fond bazarlarının aşağı düşməsini kapitalın ABŞ-a doğru hərəkəti ilə əlaqələndirir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















