İspaniyada ev böhranı: Əcnəbilərə 100 faizlik vergi gəlir!
Ev böhranının dərinləşdiyi İspaniyada Baş nazir Pedro Sançes Avropa İttifaqı xaricindəki ölkələrdən gələn və İspaniyada mənzil alan əcnəbilərə 100 faiz vergi tətbiq etməyi təklif edib.İspaniyanın Baş naziri Pedro Sançes (Pedro Sánchez) ölkədəki mənzil (ev) böhranına həll yolu tapmaq üçün Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrdən olan alıcılar üçün yeni tənzimləmə təklif edib.
Marja xəbər verir ki, bu kontekstdə Avropa İttifaqı vətəndaşı olmayanlar İspaniyada daşınmaz əmlak alarkən əmlakın dəyərinin 100 faizi həcmində "cəza vergisi" ödəməli olacaqlar.
Bu təklif mənzil qiymətlərinin sürətlə artdığı və yeni tikililərin tələbatdan geridə qaldığı bir şəraitdə ortaya çıxıb. Sançez qeyd edib ki, bu tədbir mənzil bazarındakı ağır vəziyyətə həll yolu tapmağa kömək edəcək. Baş nazir, "Qərb, zəngin mülk sahibləri və kasıb kirayəçilər cəmiyyətinə çevrilmək problemi ilə üz-üzədir" deyib.
Uzun illərdir ki, İspaniya tətil evi almaq və ya daha günəşli bir iqlimə köçmək istəyən əcnəbilərin sevimli məkanı olub. Bununla belə, hökumət, xüsusilə ABŞ, Meksika və Venesuela kimi ölkələrdən gələn zəngin əcnəbilərin yeni dalğasının qiymətləri artırdığına diqqət çəkib. Britaniyalılar da Brexit-dən sonra Aİ vətəndaşı statuslarını itirmələrinə baxmayaraq, İspaniyanın cənub sahillərində əmlak bazarında mühüm rol oynamağa davam edirlər.
Baş nazir Sançes, Avropa İttifaqına daxil olmayan ölkələrdən alıcıların ildə 27 min ev aldığını və bu satınalmaların "əsasən spekulyasiya məqsədləri üçün" olduğunu söyləyib. Yeni tənzimləmə rüsumlarda da dəyişiklik edilməklə və ya xüsusi vergi tətbiq edilməklə həyata keçiriləcək.
Hazırda İspaniyada daşınmaz əmlak alqı-satqısı yeni və ya mövcud əmlakın alınmasından asılı olaraq 7 faizdən 12 faizə qədər vergiyə cəlb edilir. Bununla belə, hökumətin təklif etdiyi 100 faizlik vergi Aİ-dən kənardan alışların qarşısını almaq məqsədi daşıyır.
Avropada artan mənzil böhranı
Pedro Sançez, son 10 ildə Avropada ev qiymətlərinin 48 faiz artdığını və eyni dövrdə ev təsərrüfatlarının gəlirlərindəki artımın bu nisbətin demək olar ki, yarısı olduğunu qeyd edərək deyib: “Bu, böyük sosial və iqtisadi nəticələri olan ciddi problemdir. Bu, dövlət qrumlarının rəhbərlik etdiyi və bütün cəmiyyətin cəlb olunduğu qətiyyətli reaksiya tələb edir."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 55 d. sonra
-
9 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
21 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
-
- 25 d. əvvəl
-
40 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
3 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























