Azərbaycan şirkətinin qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə nümayiş olunub
“AzerGold” QSC-nin qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayişə çıxarılıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, qiymətli məhsullar İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib.
Milli pavilyonda qonaqlar üçün Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və videomateriallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif nümayişlər, ölkəmizin müxtəlif milli brendlərinə məxsus məhsullar, Azərbaycanın görməli yerlərinə virtual səyahət imkanları təqdim edilib.
"Azərbaycan qızılı və gümüşündən istehsal edilmiş sikkə və külçələr beynəlxalq sərgi iştirakçılarının böyük maraq göstərdiyi məhsullar sırasında olub. Pavilyonu ziyarət edənlərə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, eləcə də Qarabağ kolleksiyasına aid qiymətli məhsullar daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən məhsullar barədə ətraflı məlumat verilib",- məlumatda deyilir.
Qeyd edək ki, sərgi 24-26 yanvar tarixlərində keçirilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























