“İnci” Şirkətlər Qrupu “Müəllimlərin Təhsil Forumu - 2025” tədbirini keçirdi – FOTOLAR
26 Yanvar 2025-ci il tarixində Bakı Gənclər Mərkəzində “İnci” Şirkətlər Qrupuna daxil olan “İZƏ” nəşriyyatının və “Müəllim Akademiyası”nın birgə təşkilatçılğı ilə “XX Əsrin kölgəsində Çağdaş Təhsil” adlı Müəllimlərin Təhsil Forumu – 2025 keçirilib.
Marja.az-ın məlumatına görə, daim təhsilə qayğısı ilə seçilən, “İnci” Şirkətlər Qrupunun təsisçisi, tanınmış iş adamı Mikayıl Yusifov Forumu açıq elan edib.
O açılış nitqində bildirib ki, cəmiyyətdə müəllimlərin rolu çox böyükdür, onların işi müqəddəsdir:
“Sizin bugünkü fədakar əməyinizlə gələcək nəsilimiz yetişəcək. Ən çətin iş sizin işinizdir. Uşaqlar ilə məşğul olursunuz. Mən hesab edirəm ki, Siz bizim ikinci anamızsınız. Mən həmişə müəllimlərimə təşəkkür edirəm, çünki onların sayəsində bu yerə gəlib çıxmışıq. Biz “İnci” şirkətlər qrupu olaraq Sizin yanınızda olmuşuq, bunda sonra da yanınızda olacağıq. İnanıram ki, “İZƏ” nəşriyyatımız daha mükəmməl kitablar yazacaq və Siz onlardan faydalanaraq gələcək nəslimizi daha mükəmməl edəcəksiniz”.
Forumun açılışında iş adamı Teyfur Heybətov, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Azərbaycan Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov maraqlı çıxışlar ediblər.
Forumda “İZƏ” nəşriyyatının direktoru Orxan Bəyov rəhbərlik etdiyi nəşriyyat, onun məqsədləri, tədris materiaları və digər layihələri haqqında ətraflı məlumat verib.
Forumun spikerləri və mövzularına gəldikdə - təhsil eksperti Ziya Vəlişov “Sovet və müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının ictimai funksiyası", psixoloq Zaur Bəyoğlu “Uşaqlarda rəqəmsal asılılıq: Müasir cizgi filmlərinin neqativ təsiri”, naşir Orxan Bəyov “Əlavə vəsait olaraq məktəbəqədər və ibtidai sinif nəşrlərinin milli perspektivə görə psixoloji, pedaqoji və sosioloji aspektlərlə tənzimlənməsi”, sosioloq Daşdəmir Mahmandarov “Paul Willis və Pierre Bourdieu’nun təhsil nəzəriyyələri “İngiltərə və Fransada təhsil” və Pedaqoq Lətifə Cəlilova “XXl əsrin müəlliminin cəmiyyətdə rolu və vəzifələri” mövularında çıxış ediblər.
Forumun sonunda müəllimlərin sualları cavablandırılıb, sertifikat və hədiyyələr, o cümlədən “İZƏ” nəşriyyatının məhsulu olan “Şagirdin uğur rəhbəri” hədiyyə olunub.
Forumun baş sponsoru “İnci” şirkətlər qrupu, sponsorları “Ofisait” mağazalar şəbəkəsi, “EDUGrata Təhsil Mərkəzi” idi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
46 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























