İntel-in gəliri azalıb, zərər edib
ABŞ-ın çip istehsalçısı Intel-in gəliri keçən ilin son rübündə əvvəlki illə müqayisədə 7 faiz azalsa da, gözləntiləri üstələyib. Intel şirkəti, maliyyə hesabatlarına görə, 2023-cü ildəki 1 milyard 689 milyon dollar xalis mənfəətə qarşı, keçən il 18 milyard 756 milyon dollar xalis zərər edib.ABŞ-ın çip istehsalçısı Intel 2024-cü ilin oktyabr-dekabr dövrü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin dördüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 14,3 milyard dollar olub. Şirkət 2023-cü ilin eyni dövründə 15,4 milyard dollar gəlir əldə etmişdi.
Intel-in bu dövrdəki gəliri aşağı olsa da, 13,8 milyard dollarlıq bazar proqnozunu üstələyib.
2023-cü ilin son rübündə təxminən 2,7 milyard dollar xalis mənfəət açıqlayan Intel, 2024-cü ilin eyni dövründə təxminən 126 milyon dollar zərər etdiyini bildirib.
Çip istehsalçısının eyni dövrdə səhmbaşına zərəri 3 sent olub. Intel, ötən ilin son rübündə səhmbaşına 63 sent qazanc əldə etdiyini bildirmişdi.
Intel-in 2024-cü il ərzində cəmi gəliri də illik müqayisədə 2 faiz azalaraq 53,1 milyard dollar olub. Şirkətin ötən il cəmi zərəri 18,8 milyard dollar təşkil eidb.
Intel öz mənfəət hesabatında bu ilin birinci rübündə 11,7 milyard dollardan 12,7 milyard dollara qədər gəlirlə, səhmbaşına 27 sent zərər gözlədiyini bildirib.
Şirkətin müvəqqəti baş icraçı direktoru Michelle Johnston Holthaus bildirib ki, ötən ilin son rübü müsbət olub, gəlir və marja gözləntiləri üstələyib.
“Məhsul portfelimizin gücləndirilməsinə və sadələşdirilməsinə diqqət yetirməyimiz və yol xəritəmizdə davamlı irəliləyiş bizi müştərilərimizin ehtiyaclarına daha yaxşı xidmət etmək üçün mövqeləndirir”- Johnston Holthaus deyib.
Intel-in Baş Maliyyə Direktoru David Zinsner də şirkətin istiqamətini yaxşılaşdırmaq üçün keçən il elan etdikləri xərclərin azaldılması planının öz təsirini göstərdiyini vurğulayıb.
Yatırdıqları kapitaldan daha çox gəlir əldə etməyə və gəlirliliyi artırmağa çalışdıqlarını qeyd edən Zinsner, bu ilin ilk rübünə dair gözləntilərin makro qeyri-müəyyənlikləri əks etdirdiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
-
25 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub






















