Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına start verildi - Tarixdə ilk
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.
Bu barədə Marja-ya QSC-dən bildirilib.
Qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq.
Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır.
Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur.
Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.
"ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir",- ADY bildirirb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





