"AFB Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib
"AFB Bank" ASC Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Şahverdiyev Vüsal İlqar oğlu Bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, Vüsal Şahverdiyev bu təyinatadək “Azərikard” MMC-də Müşahidə Şurasının üzvü, “ABB” ASC-də (Azərbaycan Beynəlxalq Bankı) Transformasiya Ofisinin direktoru, Strategiya Ofisinin direktoru və digər banklarda müxtəlif vəzifələrdə çalışmışdır.
O, Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, Columbia Business School-un “Driving Strategic Impact” və Duke University Fuqua School of Business-in “Adaptive Strategic Execution” proqramları üzrə məzun olmuşdur.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 23 d. əvvəl
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















