Səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin aparatları təsis ediləcək
Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin.
Müəyyən edilir ki:
- ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir;
- ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir;
- ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycanın iqtisadiyyat naziri tərəfindən həyata keçirilir;
- ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirir.
Nazirlər Kabinetinə ticarət nümayəndəsi və onun aparatı haqqında əsasnaməni və aparatın nümunəvi strukturunu bir ay müddətində təsdiq etmək; ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi qaydasını bir ay müddətində təsdiq etmək; ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin əməkhaqlarının gəlir vergisindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; ticarət nümayəndələrinin aparatlarının işçilərinin və onların ailə üzvlərinin xidməti pasportla təmin edilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; ticarət nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin dövlət qulluqçusu kimi fəaliyyətinin təmin edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























