Dövlətin daxili investorlara 19 milyard manata yaxın borcu var - 9 DƏFƏ ARTIB
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artmışdır.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili dövlət borcunun artmasının əsas səbəbi Strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olmuşdur.
Borcun strukturu
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcunun 9 milyard 506 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür
Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 9 dəfə artaraq 9 milyard 506,0 milyon manata çatmışdır.
Dövriyyədə olan dövlət qiymətli kağızlarının ödəmə müddəti üzrə bölgüsü
Hesabat tarixinə dövriyyədə olan 9 milyard 506 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 17,5 faizi 1 illik, 72,4 faizi 2 və 3 illik, 10,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.
01 yanvar 2025-ci il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,47 təşkil etmişdir. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olmuşdur.
Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi üzrə dinamikası
Daxili bazarda likvidliyin əhəmiyyətli dərəcədə daralması xəzinə istiqrazlarına yönəldilə biləcək pul kütləsini məhdudlaşdırmış və dövlət istiqrazlarına olan tələbatın azalması ilə yanaşı müvafiq olaraq dövlət istiqrazları üzrə gəlirlilik dərəcələrinin artmasına səbəb olmuşdur. Aşağıdakı qrafikdə dövlət istiqrazlarının illər üzrə orta gəlirlilik dərəcəsinin dinamikası əks olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi istinad olaraq göstərilmişdir.
Dövlət istiqrazları üzrə ödənişlər 2024-cü il ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılmış, dövlət büdcəsinin borca xidmət xərcləri hesabına isə 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilmişdir. Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq daxili dövlət borcu üzrə 230,7 milyon manat məbləğində faiz və diskont ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub





















