MDM beynəlxalq depozitarlarla əlaqələrinin olmamasına aydınlıq gətirdi
Milli Depozit Mərkəzi (MDM) beynəlxalq depozitarlarla əməkdaşlıq qurmamasının səbəblərini açıqlayıb.
MDM-dən "Marja"-ya verilən məlumata görə, beynəlxalq depozitarlara üzvlük prosesində tələb olunan əməliyyat həcmləri və bu üzvlük əsasında saxlanılan qiymətli kağızların iqtisadi səmərəliliyi əsas amil kimi qiymətləndirilməlidir. Xüsusilə Avropa bazarında əsas depozitarlar hesab edilən "Euroclear" və "Clearstream" üzvlüyə qəbul imkanlarını araşdırarkən, yerli bazar iştirakçılarının marağı dərəcəsi və bu depozitarlarda saxlanılması planlaşdırılan qiymətli kağızların həcmi əsas götürülür.
Məlumata görə, bu kimi beynəlxalq depozitara üzvlüyə qəbul olunmaq üçün sözügedən qurumun risk idarəetmə siyasəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) prosedurları beynəlxalq tələblərə tam uyğun olmalıdır.
MDM-dən bildirilib ki, daxili bazar iştirakçılarının Avropa bazarlarında emissiya edilən qiymətli kağızlara marağının nisbətən az olması, beynəlxalq depozitarlara üzvlük üçün zəruri həcmlərin formalaşmamasına və Milli Depozit Mərkəzinin (MDM) bu depozitarlar ilə infrastrukturun qurulmamasına zəmin yaradıb. Lakin son dövrlərdə daxili bazar iştirakçıları tərəfindən formalaşan tələb bu istiqamətdə əməliyyatların aktivləşdirilməsinə təkan verib.
Azərbaycanın mərkəzi depozitarından qeyd edilib ki, bu yöndə atılan addımlar çərçivəsində MDM, ötən il risk idarəetmə prosedurlarını beynəlxalq standartlara uyğunlaşdırmış, ƏL/TMM siyasətini və bu siyasətdən irəli gələn daxili qaydaları yenidən formalaşdırır.
Eyni zamanda qurumdan verilən məlumatda "MDM, "Euroclear" və "Clearstream" ilə danışıqlara başlamış və qeyd olunan tələblərin tam şəkildə yerinə yetirilməsindən sonra bu depozitarlarda hovuz hesabının açılması üçün rəsmi müraciət prosedurlarını işə salacaq. Qeyd edilməlidir ki, bu depozitarlara üzvlüyə qəbul və hesabın aktivləşdirilməsi proseduru uzunmüddətli prosesdir" - deyə əlavə edilib.
Qeyd edək ki, sözügedən əməkdaşlıq, Azərbaycan kapital bazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasını sürətləndirəcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























