PAŞA Holding-in dəstəyi ilə "Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4" Festival Günləri keçiriləcək
Woman Bazaar Dayanıqlı İnkişaf Layihəsi çərçivəsində, 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş festival qadınların dayanıqlı sahibkarlıq fəaliyyətlərini dəstəkləmək və onların iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədilə 50 yaşa qədər olan həssas qruplardan 60 qadın sahibkarı (15-i regionlardan olmaqla) dəstəkləyəcək.
Festival öncəsi həssas qrupdan olan qadın sahibkarların bilik və bacarıqlarını artırmaq üçün brendinq, sosial media strategiyası, rəqəmsal marketinq, satış texnikaları və digər biznes yönümlü mövzularda təlimlər təşkil olunub. Həmçinin, onların bizneslərini inkişaf etdirmək və satış strategiyalarını təkmilləşdirmək üçün onlayn mentorluq dəstəyi göstərilib.
PAŞA Holding-in dəstəyi ilə artıq dördüncü dəfə təşkil olunan festivalın əsas məqsədi həssas qrup qadın sahibkarların fəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinin inkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilən məhsulları təşviq etməkdir.
Festival tarixi və məkanı:
Tarix: 1 mart, saat 14:00 – 19:00
2 mart, saat 12:00-19:00
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku, Azerbaijan)
Bu festival sadəcə bir yarmarka deyil, həm də qadın sahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstək olmaq üçün unikal bir fürsətdir.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləyib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























