“Azəralüminium”un xalis mənfəəti 9 dəfə azalıb
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC 2023-cü ili 3 milyon 76 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2022-ci illə müqayisədə 9 dəfə azdır.
2023-cü ildə “Azəralüminium”un satışdan gəlirləri 247 milyon 373 min manat (2022-ci ilə nisbətən 13,7 % az), satışının maya dəyəri 235 milyon 720 min manat (1,5 % çox), ümumi və inzibati xərcləri 5 milyon 701 min manat (3,1 % çox), satış və paylanma xərcləri 5 milyon 896 min manat (52,7 % az), gözlənilən kredit zərərləri üzrə ehtiyatların bərpasından gəliriləri 1 milyon 199 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 milyon 934 min manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 milyon 114 min manat (6,3 dəfə az) təşkil edib.
2024-cü il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 367 milyon 12 min manat olub ki, bu da, illik müqayisədə 0,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,3 % azalaraq 23 milyon 883 min manata, balans kapitalı isə 0,5 % artaraq 343 milyon 236 milyon manata çatıb.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, onun nizamnamə kapitalı isə 282 milyon 244 min manatdır. Ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.
Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC ləğv edilib, “Azəralüminium” isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 20 saat sonra
-
11 d. əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
-
- 12 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















