NEQSOL Holding Təhsilin İnkişafı Fondu ilə birlikdə "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib
(®) NEQSOL Holding universitetlərdə təhsil alan tələbə qızlara Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı vasitəsilə dəstəyini davam etdirir. Cari tədris ilində 50 yeni tələbə seçilərək proqrama qəbul olunub və ümumi iştirakçı sayı 100 nəfərə çatıb.
Yeni seçilmiş tələbələr tədbir zamanı NEQSOL Holding və Təhsilin İnkişafı Fondunun nümayəndələri, eləcə də ötən ilin məzunları ilə görüşüblər. Tədbirdə onlar hər iki təşkilatın nümayəndələrindən və əvvəlki ilin məzunlarından faydalı məsləhətlər alıb, həmçinin proqramın təqdim etdiyi imkanlar haqqında bir daha ətraflı məlumat əldə ediblər.
Cari tədris ilində proqrama qəbul olan 50 tələbə 791 ərizəçi arasından seçilib, bu isə ötən ilki 674 müraciətlə müqayisədə daha yüksək rəqabəti əks etdirir. Seçim prosesinin yekun mərhələsində 120 namizədlə müsahibə əsasında 50 nəfər proqrama qəbul olunub. Əvvəlki ildə olduğu kimi, seçim meyarları tələbələrin akademik uğurlarına və sosial-iqtisadi vəziyyətinə əsaslanıb.
Proqram iştirakçıları təhsil aldıqları müddətdə NEQSOL Holding tərəfindən təmin edilən aylıq maliyyə dəstəyi alacaqlar və bir sıra imkanlardan yararlana biləcəklər. Bu imkanlara ingilis dili dərsləri, IELTS imtahanına hazırlıq və imtahanın ödənişi, təcrübə proqramları, mentorluq, master-klasslar, eləcə də NEQSOL Academy vasitəsilə aparıcı dünya universitetlərinin onlayn proqramlarına və LinkedIn Learning platformasının alətlərinə çıxış daxildir.
"Təhsil və insan kapitalının inkişafı NEQSOL Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritet sahələridir. Parla proqramı vasitəsilə gənc istedadları yeni bilik, bacarıq və imkanlarla dəstəkləyirik. Təhsilə yatırım davamlı inkişafı təşviq edir, innovasiyanı dəstəkləyir və daha inklüziv bir cəmiyyətin inkişafına töhfə verir," – deyə NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
"Parla proqramı özəl və dövlət sektorlarının güclü əməkdaşlığı ilə əldə edilə biləcək uğurun nümunəsidir. Proqram qadın tələbələrin təhsil yolunu daha da zənginləşdirir, eləcə də onlara peşəkar dünyada uğur qazanmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün yeni bacarıqlar və özünəinam qazandırır," – deyə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov vurğulayıb.
"Təhsilin həyatları dəyişmək və müsbət təsir yaratmaq gücünə inanırıq. Parla proqramı tələbələrin tam potensialına çatmasına dəstək verir. Məqsədimiz onların parlamasını, uğur qazanmasını və başqalarına ilham verməsini görməkdir. Təhsil və inklüzivliyə sərmayə etməyə sadiq qalaraq cəmiyyətin parlaq gələcəyinə töhfə veririk," – deyə “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə bildirib.
NEQSOL Holding, istedadlı tələbələri dəstəkləmək baxımından Parla proqramının əhəmiyyətini nəzərə alaraq, onu inkişaf etdirməyə və genişləndirməyə davam edəcək.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























