Energetika naziri “ExxonMobil” şirkətinin vitse-prezidenti ilə görüşüb
Energetika naziri Pərviz Şahbazovla “ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill arasında görüş keçirilib.
Görüşdə şirkətlə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.
Vitse-prezident John Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir Pərviz Şahbazov isə Azərbaycanın enerji balansında neft, qaz, bərpa olunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5%-ə çatdırmağı hədəfləyən layihələrindən bəhs edib. Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır.
Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






