Kakaonun qiyməti bu il 30 faizdən çox düşüb
Ötən il beynəlxalq bazarlarda baş verən kəskin artımlardan sonra kakaonun qiyməti bu il 30 faizdən çox düşüb.
Marja xəbər verir ki, 2024-cü ildə rekord səviyyə olan 12 min 931 dolları test etdikdən sonra, ABŞ-da fəaliyyət göstərən Qitələrarası Birjada kakaonun 1 tonunun qiyməti 2024-cü ili 178,2 faiz bahalaşma ilə 11 min 675 dollara başa vurub. 2025-ci ilin ötən dövründə isə kakaonun 1 tonunun qiyməti 33,3 faiz ucuzlaşaraq 8 min dollardan aşağı düşüb.
Kakaonun qiyməti keçən il tədarüklə bağlı narahatlıqlar fonunda rekord həddə çatmışdı. Əlverişsiz hava şəraitinin Qərbi Afrikadakı məhsullar üçün təhlükə yaratması və qlobal ehtiyatların azalması səbəbindən kakao qiymətləri kəskin yüksəlmişdi.
Uzun davam edən quraqlıq və güclü yağış kimi əlverişsiz hava şəraiti kakao təchizatı problemlərinin əsas səbəbi kimi göstərilsə də, bitki xəstəlikləri də məhsuldarlığa mənfi təsir edib. Xüsusilə, kakao ağaclarının ölümünə səbəb olan CSSVD virusu istehsalda problemlər yaradıb.
Qiymətlərin həddindən artıq artması tələbata mənfi təsir göstərib
Kakaonun istehsal maya dəyərindən xeyli yuxarı satılması məhsula tələbatın azalmasına səbəb olub. Kakao bazarında təklifin artıq olacağı gözləntiləri də qiymətlərin düşməsinə təsir göstərib.
Beləliklə, təklifin yaxşılaşacağı barədə proqnozlar fonunda kakao qiymətləri təzyiq altında qalıb. Nigeriyada bu məhsulun ixracının artması tədarüklə bağlı narahatlıqların azaldılmasına kömək edən başqa bir amil olub.
Tələblə bağlı narahatlıqlar kakaonun qiymətinə də mənfi təsir göstərib. Tələb narahatlıqları şokolad istehsalçıları "Hershey" və "Mondelez"in rəhbərlərinin "yüksək qiymətlərin tələbata mənfi təsir etdiyini" xəbərdar etdikdən sonra yaranıb.
Analitiklər kakao istehsalının daha çox olacağı və istehsal kəsirinin azalacağının gözlənildiyini və bu səbəbdən rekord səviyyələrin müvəqqəti olduğunu bildirmişdilər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























