İpoteka kreditlərinin həcmi 4,7 milyard manata çatıb
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq, daşınmaz əmlak ekspertləri və müstəqil iqtisadçılarla görüş keçirilib.
İKZF-dan bildirilib ki, yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizminə dair təqdimatlar edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Bugünədək fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 min 549 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. O cümlədən 53 min 785 ipoteka krediti verilib və 6764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70 faizə yaxını gənclərdir.
Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 milyard manat təşkil edib ki, onun da 3,3 milyard manatı və ya 81,4 faizi dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 milyard manatı keçib.
Görüşdə ekspertləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























