Norm Ustalar Klubunda şahmat turniri keçiriləcək
(®) Norm Ustalar Klubunda usta övladlarının iştirakı ilə “Zəfər həmləsi” şahmat turnirinə start verilir.
Turnir 12 aprel və 19 aprel tarixlərində Azərbaycan Şahmat Federasiyasında baş tutacaq və 6-18 yaş aralığında olan 32 şahmat həvəskarı qalibiyyət uğrunda yarışacaq.
Turnirin 7 turdan ibarət ilkin mərhələsi 12 apreldə keçiriləcək və burada ən çox xal toplayan 4 iştirakçı ikinci mərhələyə keçməyə haqq qazanacaq. 19 apreldə isə yarımfinal və final mərhələri baş tutacaq.
Yarışın təşkil olunmasında məqsəd usta övladlarının inkişafına töhfə vermək və onların asudə vaxtının səmərəli təşkil olunmasına dəstək göstərməkdir.
Qeyd edək ki, “Norm” ASC hər zaman inşaat ustaları ilə yanaşı onların övladları, ailə üzvlərinin də şəxsi və peşəkar inkişafını dəstəkləyir və Norm Ustalar Klubunda usta övladları üçün faydalı olan bir çox layihələr həyata keçirilir.
Ötən il şirkətin dəstəyilə məhz usta övladları üçün “Norm Ustalar Klubu Superkuboku” adlı futbol çempionatı, tələbələr üçün “TələbəSən” adlı inkişaf proqramı həyata keçirilmişdi. Eyni zamanda, klubda 2024-cü ilin sentyabrından başlayan, ustaların abituriyent olan övladlarının cəlb olunduğu “Təhsilli gələcəyəm” adlı 10 aylıq universitetlərə hazırlıq proqramı hal-hazırda davam etdirilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)



