Çin ABŞ-a cavab verdi: ABŞ mallarına gömrük rüsumunu 84 faizə qaldırdı
Çin, ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi 104 faiz tarifinə cavab verib. Çin hökuməti Trampın Çin malları ilə bağlı analoji qərarına cavab olaraq Amerika mallarına əlavə 50 faiz rüsum tətbiq edib.Çin hökuməti ABŞ-dan idxal olunan məhsullar üçün tarifləri (gömrük rüsumlarını) 50 faiz bəndi artıraraq 34 faizdən 84 faizə qaldırıb. Tariflər aprelin 10-dan qüvvəyə minəcək.
ABŞ prezidenti Donald Trampın 10% - 50% aralığında olan və təxminən 60 ölkəyə tətbiq edilən tarifləri (gömrük rüsumları) bu gün səhər saatlarında qüvvəyə minib. ABŞ, Çindən idxal olunan məhsullara 20%-lik tarifə əlavə olaraq Aprelin 2-sində 34% əlavə tarif elan edib. Çinin 34%-lik cavab tədbirindən sonra Tramp bu ölkəyə əlavə 50% də tarif elan edib. Belə ki, ABŞ-ın Çindən idxal olunan məhsullara tətbiq olunacaq gömrük rüsumunun dərəcəsi bu gün səhər saatlarında 104% olaraq qüvvəyə minib.
Çinin Baş naziri Li Qiang, ABŞ-ın tariflərinə baxmayaraq, ölkəsinin xarici şokları tamamilə neytrallaşdırmaq üçün kifayət qədər alətlərə malik olduğunu söyləyib və 2025-ci ildə iqtisadi artım üçün nikbinliyini bir daha təkrarlayıb.
Çinin prezident Xi Jinping-dən sonra ikinci ən yüksək rütbəli rəsmi olan Li əlavə edib ki, Pekin ölkənin sağlam və dayanıqlı iqtisadi artımı saxlamaq qabiliyyətinə güclü əmindir.
XXX
Çin ABŞ-a cəmi 84 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, Çin tarifin (gömrük rüsumunun) aprelin 10-dan qüvvəyə minəcəyini açıqlayıb.
Dünən ABŞ Çindən idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























