Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
“Azercell Telekom” MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir(®) Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi uzunmüddətli əməkdaşlıqlarını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində 2025-ci il ərzində sağlamlıq imkanları məhdud 120-dək uşaq parastolüstü tennis, parapauerliftinq, paracüdo, paraüzgüçülük və parataekvondo kimi paralimpiya idman növləri üzrə müxtəlif tədbirlərdə iştirak edəcək.
İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən Azercell, 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























