“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin kosmik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Plan-S” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Azərkosmos”un yaydığı məlumata görə, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
Tərəflər arasında əldə edilən razılaşma, “Plan-S” şirkətinin “Connecta IoT” adlı innovativ peyk şəbəkəsinin Azərbaycanda tətbiqinə dair kommersiya fəaliyyətlərinə start verilməsini və gələcək əməkdaşlıq üçün ümumi çərçivənin formalaşdırılmasını nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal və kosmik texnologiyalar sahəsində inkişafını dəstəkləməklə yanaşı, regionda peyk əsaslı IoT (Əşyaların İnterneti) xidmətlərinin genişlənməsi baxımından da əhəmiyyətli addımdır.
Qeyd edək ki, “Connecta IoT” - “Plan-S” tərəfindən yaradılmış aşağı orbitli peyklərdən ibarət şəbəkədir və geniş miqyaslı Əşyaların İnterneti (IoT) həlləri üçün nəzərdə tutulub. Bu sistem vasitəsilə dünyanın istənilən nöqtəsində yerləşən sensorlar və cihazlar vasitəsilə real vaxtda məlumat ötürülməsi mümkündür. “Connecta IoT” xüsusilə kənd təsərrüfatı, enerji, nəqliyyat və ətraf mühitin monitorinqi sahələrində istifadə oluna bilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























