Azərbaycanın əczaçılıq şirkəti Səudiyyə Ərəbistanının holdinqi ilə anlaşıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Azərbaycanın "Parla Pharmaceuticals" və Səudiyyə Ərəbistanının "National Development Group Holding"i arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Marjaya KOBİA-dan bildirilib.
Qeyd edilib ki, Həmçinin "ADO-G" (Azərbaycan) və "SMI/BLUE MASAR" (Səudiyyə Ərəbistanı) arasında isə dənizçilik infrastrukturu üzrə razılaşma sənədi imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın Ər-Riyadda keçirilən 8-ci iclası çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib.
İclasda Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Alfaleh iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.
İşgüzar Şuranın həmsədrləri - “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.
İclasda işgüzar dairələrin iştirakı ilə ortaq təşəbbüslərin və layihələrin reallaşdırılması, əməkdaşlığın genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının imkanlarından istifadə məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə “ACWA Power” tərəfindən təqdimat, iş adamları arasında “B2B” görüşlər də keçirilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























